bazar ertəsi 19 yanvar 2026 - 19:09
Fiqh ilə əxlaq arasında olan münasibətlər

Elmi Hövzələrin rektoru Milli Fiqh və Əxlaq Konfransında fiqh ilə əxlaq arasında olan münasibətlərin yenidən nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi  Quran və Hədis Universitetində keçirilən Milli Fiqh və Əxlaq Konfransında fiqh ilə əxlaq arasındakı münasibətləri araşdırıb və bu münasibətlərin yenidən nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb.

Elmi Hövzələrin rektoru əvvəlcə həzrət Məhəmməd (s) peyğəmbərin 1500-cü ildönümünü xatırladaraq İslam İnqilabının Ali  Məqamlı Rəhbərinin “Nəhcül-Bəlağə ilə üns qurmaq” tövsiyəsinə istinad edərək Nəhcül-Bəlağənin 94-cü xütbəsindən bir hissə oxuyaraq həzrət Məhəmməd (s) peyğəmbərin şəninə vəsf etdi.

Ayətullah Ərafi daha sonra fiqh ilə əxlaq arasındakı əlaqəni təhlil edərək bildirib: “Bəzən kimsə kəlam və fiqh elmlərini tamamilə ayrı görsə də, deyə bilər ki, bunlar bir-birinin yanında vahid bir sistemin əsaslarını təşkil edirlər. Əxlaqi keyfiyyətlər fiqhi hökmlərin mövzusu ola bilər və fiqh insanın müxtəlif və əxlaq aspektlərini əhatə etməlidir.

Ayətullah Əlirza Ərafinin Milli Fiqh və Əxlaq Konfransında etdiyi çıxış

Bağışlayan və mehriban Allahın adı ilə 

Həzrət Məhəmməd (s) peyğəmbərin dünyaya gəlməsinin 1500-cü ildönümüdür və Ali Rəhbərin tövsiyəsi daha çox Nəhcül-Bəlağə ilə ünsiyyət qurmaqdır. Mən həmçinin, mübarək Məbəs (peyğəmbərliyə seçilmə) bayramı öncəsi həzrət Məhəmməd (s) peyğəmbər barədə Nəhcül-Bəlağənin bir hissəsini təqdim edirəm. Nəhcül-Bəlağənin 94-cü xütbəsində, peyğəmbərin simasını təsvir edərkən Əmirəl-möminin buyurmuşdur:

«عِتْرَتُهُ خَیْرُ اَلْعِتَرِ وَ أُسْرَتُهُ خَیْرُ اَلْأُسَرِ وَ شَجَرَتُهُ خَیْرُ اَلشَّجَرِ نَبَتَتْ فِی حَرَمٍ وَ بَسَقَتْ فِی کَرَمٍ لَهَا فُرُوعٌ طِوَالٌ وَ ثَمَرٌ لاَ یُنَالُ فَهُوَ إِمَامُ مَنِ اِتَّقَی وَ بَصِیرَةُ مَنِ اِهْتَدَی سِرَاجٌ لَمَعَ ضَوْؤُهُ وَ شِهَابٌ سَطَعَ نُورُهُ وَ زَنْدٌ بَرَقَ لَمْعُهُ سِیرَتُهُ اَلْقَصْدُ وَ سُنَّتُهُ اَلرُّشْدُ وَ کَلاَمُهُ اَلْفَصْلُ وَ حُکْمُهُ اَلْعَدْلُ و ...»
"Onun əsli əsillərin ən yaxşı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. ( O həzrət bütün peyğəmbərlərdən əfzəldir). O, hərəmdə bəslənmiş və ucalıq, şərafətlə boy atmışdır. (müqəddəs Məkkə şəhərində dünyaya gəlib tərbiyə almışdır) O ağacın uzun  budaqları (on iki imam) və hər kəsin əlinin çatmadığı bir meyvəsi var. O, həzrət pəhrizkarların rəhbəri, görənlərin gözünün işığı, parlaq bir çıraq və nur saçan ulduz, şöləsi nur saçan bir şimşəkdir. Onun üslubu dözümlülük, istiqaməti isə hidayət və yol göstərməkdir. Onun sözü (haqqı batildən) ayıran,  hökmü və fərmanı ədalətli və düzdür..."
Bu parlaq günəş və nur saçan çıraq, vəhy ilə dünyaya parladı və dünyanı axirətə qədər elm və əxlaq nuruyla işıqlandırdı.
Tədbiri təşkil edən dostlara və bu vacib mövzuda fikir bildirən bütün hörmətli iştirakçılara təşəkkür edirəm. Mən əvvəlcə iki əsas nöqtəni qeyd edəcəyəm və sonra burada yazdığım çoxsaylı qeydlərdən bir neçəsini hörmətli iştirakçılara təqdim edəcəyəm.
İlk olaraq qeyd etmək istərdim ki, fiqh və əxlaq arasındakı fərqlilik və ya vəhdət diqqətəlayiqdir. İkinci nöqtə isə budur ki, müxtəlif elmlər bəzən eyni məqsəd və hədəflərə sahib ola bilər və ya insanın xoşbəxtliyi üçün vahid bir sistemdə birləşə bilər. Bu isə başqa bir məsələdir. Bəzən kimsə kəlam və fiqhi tamamilə ayrı görsə də, deyə bilər ki, bunlar bir-birinin yanında vahid bir sistemin əsaslarını təşkil edirlər. Bu, mövzu hər hansı bir elmin daxilində də belədir. Mərhum Mühəqqin nəzrinə görə, fiqh dörd hissəyə bölünür ki, hər biri fərqli xüsusiyyətlərə malikdir və ümumi sistemdə öz yerini tutur. Bu, bizim qəbul etdiyimiz bir razılaşmadır.

Mərhum Ayətullah Misbah (r) son təhlildə bu mövzunu çox yaxşı izah etmişdir ki, elmlərin bir-birindən ayrı olması bəzən həqiqi (obyektiv və mahiyyətə əsaslanan), bəzən isə şərti xarakter daşıyır. Başqa sözlə desək, məsələn, biz inkişaf psixologiyasını sosial psixologiyadan ayrı hesab ediriksə, bu, bir şərti bölünmədir. Əslində, inkişaf psixologiyasında insan psixikasının bir aspektini, sosial psixologiyada isə başqa bir aspektini araşdırırıq. Bu ayrılıq məsələlərin və mövzuların genişlənməsi səbəbindən yaranmışdır. Bəzən deyə bilərlər ki, məsələlər çox azdır və buna görə də psixologiyanı müstəqil bir elm sahəsi hesab edirik. Bu iki şöbə əslində vahid mövzunun iki fəsli olmaqla, zaman keçdikcə və elmin inkişafı ilə ayrı-ayrı formalaşmışdır.

Elmin ilk prinsiplərində elmlərin fərqləndirilməsi mövzusunda geniş müzakirələr aparılmışdır. Yayılmış nəzəriyyələrdən biri budur ki, elmlərin fərqləndirilməsi həm həqiqidir, ona görə ki, hər elm reallığın xüsusi bir hissəsini əhatə edir həm də şərtidir. Bu isə bölünmələr elmin tələbi və genişlənməsinə əsaslanaraq formalaşmışdır.
Əslində, kainatda mövzuların çoxluğu bir-biri ilə əlaqəli olduğundan, biz bir mövzunun bir aspektini digər aspektlə birləşdirə bilərik və daha ümumi bir anlayış ortaya qoya bilərik. Yaxud onları ayrı saxlaya bilərik. Bu inkişaf elmin tarixində də belə olmuşdur. Məsələn, bir zamanlar təhsil və tərbiyə elm kimi qəbul olunmurdu, texniki bir bacarıq sayılırdı. Elmin inkişafı ilə bu bir elm sahəsinə çevrildi və müxtəlif şöbələrə  o cümlədən maarifləndirici elmlər və tibb sahələrinə bölündü. Buna görə həm fərqlilik, həm də birlik bir baxış və həqiqi perspektivdən mövcuddur, amma digər tərəfdən, şərti və nəzəri baxışımız buna hakimdir. Bu fərqliliklərdən çox narahat olmamalıyıq. Bəzən deyə bilərlər ki, əxlaq fiqhin bir hissəsidir və onun daxilində ayrıca bir mövzu kimi var və ya deyə bilərlər ki, əxlaqın xüsusi xüsusiyyətlərinə görə onu müstəqil bir elm sahəsi kimi qəbul ediblər. Lakin bu birlik və ayrılığın mövcudluğu, həmin sistemin vahidliyi və aydın, vahid məqsədlərə sahib olmasına mane olmur.

İkinci nöqtə isə bu girişdə fiqh və əxlaq arasındakı əlaqə, xüsusən də bu gün əxlaq elmi kimi tanınan sahə ilə bağlıdır ki, böyük səviyyədə üç əsas nəzəriyyə mövcuddur:

Bir nəzəriyyə budur ki, fiqh və əxlaq tamamilə müstəqil və bir-birindən ayrı elimlərdir. Bu baxışa malik olanlar hesab edirlər ki, hər iki sahənin mövzusu və obyekti fərqlidir və hər mövzuda iştirak edən status tamamilə ayrıdır.

İkinci nəzəriyyə isə belədir ki, əslində fiqh və əxlaq bir-birindən ayrı deyil və gördüyümüz ayrılıq, əxlaq elmi fiqhin olmadığı bir məkanda formalaşması səbəbindən yaranmışdır. Əgər əxlaq şəriət və fiqh müstəvisinə daxil olarsa, artıq ayrılıq mövcud olmayacaq.

Üçüncü nəzəriyyə isə, orta yol nəzəriyyəsidir və spektri vardır. Bu baxışa görə, hər iki sahədə, hətta şəriət müstəvisində belə, müstəqil əsaslar mövcuddur. Lakin müasir əxlaqda ortaya qoyulan məsələlərin böyük bir hissəsi ümumi sahədə yerləşir və fiqh çərçivəsində araşdırılmalıdır.

Mən hesab edirəm ki, orta yol baxışı olan üçüncü nəzəriyyə daha böyük əhəmiyyət kəsb edir. Həmçinin, hər iki sahənin möhkəm daxili əlaqələri mövcuddur. Məsələn, əgər desək ki, əxlaqın üstün və rəzil xüsusiyyətlərinin təhlili, onların keyfiyyətlərinin araşdırılması, necə əldə olunmaları və aralarındakı əlaqələrdir, nəzərə almaq lazımdır ki, bu sahədə çoxlu müzakirələr vardır. Hətta fiqhdə də əgər bu sahəni əxlaq çərçivəsinə daxil etsək, texniki və analitik bağlılığı mövcuddur və bu sahədə psixologiya və digər elmlərdən də istifadə etmək mümkündür. Bizim hədislərimizdə bu sahədə sonsuz təhlillər təqdim edilir. Bu xüsusiyyətlərin təhlilində onların bir-biri ilə əlaqələri, ruhda əks olunma tərzi, təsirləri, səbəbləri və nəticələri kimi çoxlu analitik məqamlar mövcuddur. Hətta deyilsə ki, bu bölmə, yəni əməllərin xüsusiyyətləri və rəzil sifətləri, əxlaqda özünəməxsus mənada tam uyğun gəlməsə də, onun təsiri və əks-sədası mütləq var və mütləq fiqhdə nəticələri nəzərə alınmalıdır. Bu ikinci girişdir və mənim fikrimcə, bu mövzunu qəbul etməyə yol açır ki, hər iki tərəfdə möhkəm və sabit daxili xüsusiyyətləri vardır ki, başqalarında tam əhatə olunmur, lakin ümumi nöqtələr az deyil və fərqli mövzularda da açıq əlaqələr mövcuddur.

Bu mövzunu izah etməkdə məqsədimiz budur ki, mövzu elə müəyyən edilsin ki, hətta kəlam da onun daxilində yer alsın. Bu iki ilkin nöqtəni qısaca keçdim, lakin burada, hörmətli iştirakçılar qarşısında az vaxtım olduğu üçün, üçüncü baxış, başqa sözlə, əxlaqın geniş sahələrini əhatə edə bilən inkişaf etmiş fiqh baxışı ilə bir neçə nöqtəni təqdim edirəm.

Birci nöqtə budur ki, adətən deyilir ki, fiqhdə mövzu belə müəyyən edilir ki, hansı hərəkətin hansı hökmə malik olduğunu fiqhi dəlillərlə müəyyən edirik. Bu tərifdəki obyekti (məsuliyyəti) isə beş hökm təşkil edir. Onlar isə vacib, haram, müstəhəb, məkruh və mübahdan ibarətdir. Əlbəttə, fiqhdə həm də qoyulmuş hökm vardır ki, bu başqa bir məsələdir. Çünki bu bizi mövzudan uzaqlaşdırar. Vacib olan isə budur ki, iradəyə bağlı hərəkətlər üçün müəyyən edilmiş bu vəzifələr, iradəyə bağlı olmayan hərəkətlərdə də bir iradəyə bağlı hərəkətin başlanğıcı və mənbəyi ola bilər. Belə olduqda, iradəyə bağlı olmayan hərəkət iradəyə bağlı hərəkətin başlanğıcı və mənbəyi olur və buna əsasən beş hökmün biri iradəyə bağlı hərəkətə tətbiq edilir. Bu nöqtəni tam izah etməyə imkan yoxdur, amma ümid edirəm ki, müəyyən qədər aydın olmuşdur.

Amma birinci əsas nöqtə budur ki, həqiqətən də fiqhdə vəzifəyə aid olan hökm dairəsində beş hökm mövcuddur. Onlar isə vacib, haram, müstəhəb, məkruh və mübahdan ibarətdir. Amma azaldılma (tənzil) fiqhi obyektlərin dairəsindən kənardır, bu isə düzgün deyil. Böyük alimlər də eyni fikirdə olublar. Təbii ki, hökmün səviyyəsi əməl üçün diqqət və öhdəliyi dəyişir o cümlədən məcburiyyətlərdə də belədir. Böyük hökm daha çox diqqət, kiçik hökm isə daha az diqqət tələb edir. Bu öhdəlik və diqqət səviyyələri fıqh hökmünün tənzimlənməsində əsas rol oynayır. Əslində, bunların hamısı beş hökmə daxildir və fiqhin ümumi tərifində yer alır və vacib olmayan hökmlərin mədəniyyət formalaşdırmadakı əhəmiyyəti səbəbindən onlara mütləq diqqət yetirilməlidir. Bu isə, bir çox əxlaq məsələlərinin fiqhə daxil edilməsinin və fiqh nəzəriyyəsinin müəyyən edilməsinə yol açır. Başqa sözlə desək, əxlaq mövzuları fiqh baxışı ilə araşdırılmalıdır.

İkinci nöqtə, bəzilərinin də qeyd etdiyi kimi, insanının gündəlik əməllərinə aid hökmlərdən əlavə mənəvi istəklərin genişləndirilməsi müdafiə edilə bilən və məntiqli bir yanaşmadır. Əhkamda verilən beş hökmün mövzusunda iradəyə bağlı olmayan mənəvi mövzular fiqhdən kənardır iddiası əsaslı deyil. İnsanın iradəyə bağlı olan hər hansı bir əməli onun haqlı olması baxımından mənəvi savab və cəza üçün nəzərdə tutulmur. Bunun belə deyilməsi, məsələn, əxlaqda və kəlamda müzakirə olunur, amma fiqhdə nəzərə alınmır demək doğru deyil. Burada məlum olu ki, mənəviyyat, bütün mənəvi hallar və gizli davranışlar, xüsusən iradəyə bağlı olduqda, bu gün fiqh tərəfindən qəbul olunan tərif çərçivəsində fiqh dairəsinə daxil edilə bilər. Bunun nümunələri fiqhdə mövcuddur, amma ikinci nöqtə mütləq yeni bir fiqh yanaşmasının əsasını qoyur ki, bəzi dostlar artıq bu sahədə xidmət göstərirlər.

Əqidə əsaslarının fiqhi mütləq şəkildə mövcuddur və qədim alimlərin yanaşmasından fərqlidir. Keçmişdə bəzi böyük alimlər fiqhə girməzdən əvvəl kəlam elmini oxuyurdular. Fiqh, beş hökm çərçivəsində şəri hökmlərin əldə edilməsi mənasında, öz nizam-intizamı ilə müəyyən hökmlərə malikdir. Etiqad sahəsində də hökmlər vardır. Hansı etiqad vacibdir, hansı müstəhəb, hansı haramdır? Niyə? 
Çünki əqidə iradəyə bağlı əsas şərtlərlə əldə edilə bilər və şiələrin iradələri bu əsas şərtlərin iradəsinə bağlıdır. Bəzən isə iradədən kənar (məcburi) baş verir ki, bu da iradə sahəsinə daxil deyil. Buna görə, geniş etiqad mövzuları dairəsi bir fiqh kitabı yarada bilər. Bu mövzular dağınıq deyil, amma “Salat” (namaz) və “Həcc” kitabları kimi sistemli və nizamlı şəkildə deyil.

Mütləq “Kitab əl-etiqad” (etiqad kitabı) adlı bir fiqh bölümü olmalıdır, xüsusi mənada və ümumi fiqh mənasında deyil. Çünki indi fiqhi iki məna ilə nəzərdən keçiririk: Ümumi fiqh. Bu həm kəlam, həm sifətlər, həm əməl və davranışları əhatə edir. Xüsusi mənada olan fiqh isə böyük fiqh (fiqhi əkbər), etiqad sahəsinə aiddir. Üçüncü bir fiqh də vardır. Kiçik fiqh (fiqhi əsğər), yəni şəri hökmlərin tətbiqi mənasında fiqh. Bu girişə əsaslanaraq, bir fiqh bölümü yəni əqidənin fiqhi  adlı bölüm lazımdır. Məsələn, sosial əlaqələr fiqhi, sosial əxlaq fiqhi tələb olunur. Bizdə həm fərdi, həm də sosial əxlaq mövcuddur. Onların bir hissəsi fiqhdə yer alır, amma bir hissəsi bu tip kitablar və digər mənbələr tələb edir ki, fiqh və hədis kitablarında ayrıca qeyd edilmişdir. Mütləq sosial münasibətlər üçün, yəni psixoloqların dediyi kimi, fərdi və interpersonal əlaqələr üçün bir fiqh bölümü lazımdır. Bu mövzu da son üç-dörd ildə fiqhi tərbiyə çərçivəsində təxminən bir saatlıq müzakirə olunur.

Daxili əhval-ruhiyyə və duyğular iradəyə bağlı olduğu zaman özü bir fiqhi bölüm hesab olunur. İkinci nöqtə budur ki, bu baxışla kəlamdan heç bir şey ayrılmır, əksinə, kəlama fiqhi bir baxış gətirilir. Əxlaqımızda çoxlu sahələr mövcuddur ki, onların fiqhdə yeri boşdur. Bu mövzunun tənzimlənməsi və strukturlaşdırılması bir proses tələb edir və bir neçə model seçmək mümkündür, lakin mən onlara toxunmaq istəmirəm. Xüsusi bir model seçilmiş və ona əsaslanaraq yeni fiqhdə bir neçə bölmə işlənməkdədir. Digər nöqtə budur ki, əxlaqın baxışına görə, əxlaq həm daxili hallar, həm də hərəkətləri əhatə edir (mərhum Misbahın baxışı kimi). Əgər deyilsə ki, əxlaq həm mənəvi halları, həm də əməlləri əhatə edir, onda biz əxlaq davranışlarında  da fiqhi bir baxışa sahibik. Bu davranışların yayılması, bütün əməlləri eyni fiqh yanaşması ilə əhatə edə bilər. Mən demirəm ki, əxlaq öz mənasını itirir, amma deyirəm ki, əxlaqın müxtəlif bölmələrində ortaya çıxan bütün iradəyə bağlı hərəkətlərin fiqh baxımından xüsusi mənası vardır və onların ölçüləri genişləndirilməlidir.

Diqqət yetirilməli digər nöqtə isə sifətlərdir. Yəni xüsusiyyətlər və xasiyyətlər, həm üstünlük həm də rəzilətə aid sifətlərdir. Əxlaq yalnız fəzilətlərlə məhdudlaşmır, rəziləti də əhatə edir. Bu sifətlər birbaşa fiqhdə nəzərə alınmır, lakin vacib məqam odur ki, bir çox hallarda bu sifətlərdən çəkinmək istəyə bağlıdır. Elə bu zaman fiqh məsələyə daxil olaraq müdaxilə edə bilər. Bəzən müəyyən bir işin icrası üzrə məsələn, mal həddi barədə, xüsusi bir şəriət və hədisə əsasən öhdəlik götürülməsi ləğv edilmiş ola bilər. Əlbəttə, cəza və öhdəlikdən azad olma mövzusu başqa bir müzakirədir. Lakin bütün bu sifətlər istəyə bağlılıq aspektinə görə nəzərdən keçirilə bilər. Bu sifətləri əldə etmək, onlardan çəkinmək, azaltmaq və ya artırmaq mümkündür. Bu əməl yəni, yaratmaq, icra etmək, azaltmaq, çoxaltmaq və gücləndirmək iradəyə bağlı ola bilər və sifətlərlə əlaqələndirilə bilər. Bu baxışla yəni, beş hökmün inkişafı və istəyə bağlı davranışların insanın müxtəlif iş və əməlləri ilə əlaqədar genişləndirilməsi sifətləri fiqhi nöqteyi-nəzərdən araşdırıla bilər. Bu təhlil fiqh anlayışlarının inkişafına yeni bir pəncərə açır.

Bu iki nöqtə tamamilə məntiqlidir və heç bir fiqh alimi deyə bilməz ki, bu mövzu mənasızdır və ya müdafiə olunması mümkün deyil. Əgər bu iki əsas məqam qəbul olunarsa, demək olar ki, bütün kəlam və əxlaq məsələlərinin fiqhi bir baxışı olacaq və bu, fiqh sahəsində genişlənməyə səbəb olacaq. Yəni, bu yanaşmada siz kəlam mövzularını müzakirə edirsiniz və doğru-yanlış məsələsini irəli sürürsünüz, müxtəlif üsullardan istifadə edərək onların düzgünlüyünü və ya yanlışlığını isbat edirsiniz. Bəzən belə deyirsiniz: «İndi bu əmələ inancım vacibdir, yoxsa müstəhəb?» və bəzən deyirsiniz: «Bu əməl vacibdir və çox vurğulanmışdır, məsələn, dinin əsasları kimi», və ya «bu əməl müstəhəbdir, məsələn, Qiyamət və Bərzəx aləmi kimi misallar göstərmək olar». Bəzən hətta bu mövzulara inancın özü müstəhəb sayılır, bəzən isə təkid olunmuş müstəhəb. Bu mövzular geniş fiqhi müzakirəyə açıqdır. Eyni zamanda, bu daxili hadisələr müstəhəb hökmlərinin mövzusu da ola bilər. Başqa sözlə, deyə bilərik ki, mənəvi məsələlər fiqhi hökmlərin mənbəyi ola bilər. Misal üçün irtidad (murtəd) müzakirələrindəki fərqliliklər kimi mövzular fiqhin mövzu sahəsinin mənbəyi ola bilər. Mənim fikrimcə bu fiqhin mövzu sahəsinin genişliyinə diqqət yetirməkdir, yəni üçüncü nöqtədə fiqh, kiçik fiqh (fiqhi əsğər) və onun mövzu sahəsinə, yəni mükəllifin hərəkətlərinə aid olması bu, fiqhdə yeni dəyişikliklər və inkişaflar üçün başlanğıc ola bilər.
Hazırda biz bu fərziyyələrin çoxunu müəyyənləşdirmirik, çünki bizim baxışımız savab və cəzanın hikmətini və layiq olub-olmadığını müəyyən etmək üzərindədir. Lakin biz yeni bir pəncərə aça bilərik ki, burada kəlamdan və əxlaqın müxtəlif bölmələrindən, həm davranışlarda, həm də sifətlərdə istifadə olunmuş mövzular daxil olsun. Təbii ki, mən bu sahədə yeni müəyyən fikirlər əldə etmişəm və bəzi fikirlər üzərində iş aparmışam, bunlar yalnız ehtimal və fərziyyə səviyyəsindədir. Bu da başqa bir müzakirədir. Bu mövzuda əhəmiyyətli olan digər nöqtə budur ki, mən dözümlülük göstərdiyim üçün seçim edirəm. Belə bir misal çəkmək olar: Məsələn, kəlamda müəyyən çətinliklər var. Biz deyirik ki, doğru və yanlış, təsdiq və inkar bu ifadələrə təsviri şəkildə tətbiq olunur. Bəzən deyə bilərik ki, əxlaqda bəzi ifadələr daha çətinliklə ortaya çıxır və onların mövzusu müəyyən bir icazə ilə bağlıdır, lakin müəyyən bir fərqliliklə daxil edilir. Bu mövzuda “hüsn” (yaxşılıq) xüsusiyyəti çox təsir göstərir və onun mövzu ilə əlaqəsi əhəmiyyətlidir.

Bu mümkündür ki, kimsə desin ki, Allahın haqlı qəzavü-qədəri şəriətə daxil olduqda, savab və cəza da haqlı şəkildə verilir. Həqiqətən, burada mövzu çox yaxınlaşır və bəlkə də insanı birinci nəzəriyyəyə, yəni tam birliyə doğru aparır. Lakin hüsn (yaxşılıq) mövzusunda çoxsaylı nəzəriyyələr mövcuddur və görünür ki, yaxşılıq və pislik (hüsn və qubh) tərifləməyə və tənqidə layiq olma hüququndan daha geniş mənalar daşıyır. İndi birinci məntiqi məsələ, ikinci məntiqi məsələ abstraksiyadır. Abstraksiya isə necə baş verir? Son bir-iki ildə biz ədalət və zülm müzakirələrində təxminən on beş nəzəriyyəni araşdırmışıq və bəzi möhkəm nəzəriyyələr, böyük alimlərimizdən olanlar da orada tənqid olunmuşdur.

Hər halda, hüsn və qubh (yaxşılıq və pislik) fasilə yaratmaq üçün müxtəlif mənalar daşıya bilər. Digər bir nöqtə isə budur ki, hüsn və qubhun əsasları bu əlaqədə daha təsirli ola bilər. Daha bir məqam da budur ki, əgər əxlaqda savab varsa bu zaman soruşaq: Bu nə üstünlükdür belə? Onun əsası nədir? Faktorları hansılardır? Nəticələri nələrdir? Digər fəzilət və rəzalətlərlə necə münasibətdədir?

Deyirik ki, bunlar müstəqil bir kimliyə sahibdir və fiqhdə bu gün müzakirə olunan mənada, yer tutmur. Təbii ki, fiqhin şərhini dəyişmək olar və deyə bilərik ki, bu mövzu da ora daxil edilə bilər, amma mən üstünlük verirəm ki, bu sərhəd qorunsun. Biz bir sifətin yaxşı və ya pis olduğunu qiymətləndirərkən, bu yaxşı və ya pis olmağın kökü haradadır və digər məsələlərlə əlaqəsi nədir? Burada ağıl (əql) mühüm rol oynayır. Təbii ki, biz müstəqil ağlı qəbul edirik, kiməsə tabe olan ağlı deyil. Müstəqil ağıl, mövzunun təsdiqi və ya rədd olunması çərçivəsində fəaliyyət göstərə bilən, bəzən isə bəzi xeyir və zərərlərlə məhdudlaşa bilən bir ağıldır.

Bu metodlar orada qəbul olunmur, lakin sekulyar əxlaqda hətta qadın baxışları da etibarlı sayıla bilər. Lakin biz şəriət nizamında onlara çox etibar edə bilmərik. Əgər bu mövzunu müstəqil hesab etsək, sekulyar əxlaq ilə dini əxlaq arasındakı fərq ondadır ki, dini əxlaq kitab və sünnəti bir araya gətirir ki, dini ifadələri çıxarsın, hətta onlar fiqhi olmasa belə. Kitab və sünnət, öz qaydaları və nizamı ilə, bunu edə bilər. Bu da geniş bir müzakirə mövzusudur.

Vacib nöqtə odur ki, baxmayaraq ki, bəzi hallarda iki müstəqil varlığın [əxlaq və fiqh] qarşılıqlı təsirlərini görürəm, lakin hesab edirəm ki, fiqh genişlənməlidir. Hazırda bu iki sahə bir-birinə inteqrasiya edilə bilər. Lakin əgər deyilsə ki, fiqh yalnız şəri hökmlərin qoyulması o cümlədən savab və cəza etibarlılığını nəzərdən keçirir, bu müəyyən qədər doğrudur. Bu məqsədlər qeyri-adi ola bilər, amma fiqh məqsədlərə malikdir ki, onlar təhsil və onun fəlsəfəsində əks olunmuşdur. Biz deyə bilmərik ki, səadət və kamilliyə çatmaq fiqhin məqsəd dairəsindən kənardadır. Fiqhdə əməl savab, cəzadan qorunmaq üçün, şükür etmək üçün və Allah sevgisindən irəli gələn əməl kimi qiymətlidir. Bu dörd yüksək səviyyədir ki, bəzən fiqh alimləri barədə bunlarla bağlı şübhələr irəli sürmüşlər.

Fiqh və əxlaqın məqsədləri arasındakı əlaqə ilə bağlı sualın cavabı: Bütün bu dörd məqsəd [savab, cəzadan qorunmaq, Allaha şükür, Allah sevgisi] fiqhdə mövcuddur. Ən azından fiqhin bir hissəsi savab əldə etmək, cəzadan qorunmaq və ya Allaha şükür üçün həyata keçirilir. Üstün olan isə Allahın hökmünə itaət etmək və onun gözəlliyi və izzəti içində qərq olmaqdır. Deyə bilmərik ki, bu məqsədlər fiqhin sonrakı və uzunmüddətli qatlarında yoxdur. Əksinə, mövcuddur və buna görə də məqsəddə fərq qoymaq olmaz. Bəli, məqsəd fərqli ola bilər, amma ayrı-seçkilik mövcud deyil.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha